Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəq dekabrın 21-də Bakıda möhtəşəm konsert proqramı ilə çıxış ecəcək.AZXEBER.COM-un məlumatına görə, sənətçinin uzun müddətdir ki, hazırlaşdığı konsertlə bağlı videoçarx hazırlanıb:“Konsertə hazırlıqlar uzun müddətdir gedir. Budəfəki repertuarıma yeni mahnılar daxil edilib. Azərbaycan-Türkiyə dostluğu əbədidir. Azərbaycanı sevmək üçün sadəcə insan olmaq yetərlidir“.Qeyd edək ki, Ə. Şəfəqin konserti dekabrın 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrında keçiriləcək.