03:20 çərşənbə, 19 Dekabr 2018
SOSİAL

Əhmədlidəki bu liftin vəziyyəti görənləri şoka salır: Hər an qırıla bilər - FOTOLAR

13:07, 09.10.20183124
Əhmədlidəki bu liftin vəziyyəti görənləri şoka salır: Hər an qırıla bilər - FOTOLAR
Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, bina 7-də yaşayan bir qrup sakin binalarındakı liftin vəziyyəti ilə bağlı şikayət ünvanlayıb.
 
Sakinlərin AZXEBER.COM-a verdiyi məlumata görə, liftlərinin vəziyyəti acınacaqlıdır və hər an təhlükə ilə üzləşə bilərlər: "Neçə ildir ki, liftin vəziyyəti bərbaddır. Lift İdarəsi ərazidə olan digər bütün binaların liftini təmir etdi, yenisi ilə əvəz etdi. Ancaq bizə çatanda işləri dayandırdılar, dedilər ki, pul yoxdur. Pul olanda gəlib dəyişərik. Çox çarəsiz durumdayıq, liftlə qalxıb, düşəndə elə qorxulu səslər gəlir ki, düşünürük ki, hər an trosu qırıla bilər.
 
Sakinlər deyir ki, məhz bu səbəbdən də liftdən çox istifadə etmirlər. Ancaq buna baxmayaraq bərbad durumda olan liftə görə hər ay onlardan pul yığılır.
 
Qeyd edək ki, "Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində bir neçə gün öncə cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
 
Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.
 
Sakinlərin saytımıza göndərdiyi fotoları təqdim edirik:
 

 

 

 

 

 

 

 

 



XƏBƏR LENTİ