İsraildə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya mübahisəli məhkəmə qaydalarını parlamentə təqdim etməyə hazırlaşarkən küçələrdə etirazlar və vətəndaş itaətsizliyi davam edir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar ölkə daxilində küçələrə çıxarkən, polisin müdaxiləsi nəticəsində ümumilikdə 60 nəfər saxlanılıb.
İsrail Hərbi Hava Qüvvələrində mühüm vəzifələrdə olan 161 ehtiyatda olan hərbçi postlarını tərk edərək etiraz aksiyalarına qoşulub. Yerusəlimdə etirazçılar baş nazir Benyamin Netanyahunun iqamətgahına doğru yürüş ediblər.
Nümayişçilər pik saatlarda qatar stansiyalarına İsrail bayraqları ilə toplaşıblar. İsrail polisi bəzi stansiyaların girişlərini bağlayıb, uçuşları əngəlləyib. İsrailin hər yerində etirazçılar gün ərzində bir çox magistral yollarda yolları bağlayıb və uzun avtomobil növbələri yaradıblar. Təl-Əviv, Qərbi Qüds və Hayfa kimi şəhərlər başda olmaqla, ölkə daxilində onlarla məntəqədə keçirilən nümayişlərə on minlərlə israilli qatılıb.
Nümayişçilər axşam saatlarında Təl-Əvivin Kaplan küçəsindəki Hökümət Kompleksi qarşısında toplaşıb və bu, məhkəmə tənzimlənməsinə qarşı etirazların simvoluna çevrilib. Təxminən min nəfərlik nümayişçi Təl-Əvivin əsas arteriyası olan Ayalon şossesini bağlayaraq, onu yandırıblar. İsrail polisi TOMA, atlı bölmələr və güc tətbiq edərək nümayişçiləri qovub.
Ölkə boyu keçirilən etiraz aksiyalarında 60-a qədər nümayişçinin saxlanıldığı bildirilib. Digər tərəfdən yüzlərlə nümayişçi Təl-Əvivdən Qüdsə doğru yürüş edib. Yürüş təşkilatçıları məqsədlərinin ölkəni dağılmaqdan xilas etmək olduğunu bildirərək Qüdsə çatmağın təxminən 4 gün çəkəcəyini bildiriblər.
İsrailin ədliyyə naziri Yariv Levinin yanvarın 5-də elan etdiyi "məhkəmə islahatı” Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakim təyinatlarında söz sahibi olmaq kimi dəyişiklikləri ehtiva edir.
Qeyd edək ki, hökumət iyulun 10-da parlamentdə keçirilən ilk səsvermədə Ali Məhkəmənin hökumət üzərində nəzarətini aradan qaldıracaq "ağıllılıq” adlı qanun layihəsini qəbul etmişdi. Qanunun qüvvəyə minməsi üçün o, palatada hər üç səsdən keçməlidir.
Mikayıl