Ehtiyatda olan polis polkovniki faciəvi şəkildə öldü

Ehtiyatda olan polis polkovniki faciəvi şəkildə öldü
SOSİAL
11:26 05.07.2023
880
Ehtiyatda olan polis polkovniki Fazil Aslanov vəfat edib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun məlumatına görə, o, ötən gün elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hadisə Gədəbəyin Şınıx kəndində, Fazil Aslanova məxsus evdə baş verib. 

Məlumata görə, 58 yaşlı Aslanovu evdə iş görən zaman elektrik cərəyanı vurub. Mərhum bu gün Saray qəsəbəsində torpağa tapşırılacaq.

Qeyd edək ki, Fazil Aslanovun son iş yeri Sumqayıt şəhər Polis İdarəsi olub. O, pensiyaya çıxmazdan öncə İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi vəzifəsində çalışıb. F.Aslanov bu vəzifəyə 2020-ci ilin avqustunda təyin edilmişdi.
OXŞAR XƏBƏRLƏR