Sevil-Sevinc bacıları Xatirə İslamın "Afaqla onlar" verilişində "Onları oğluma almazdım, çünki qısa geyinirlər" sözlərinə cavab veriblər.
AZXEBER.COM xəbər verir ki, əkizlər Xatirənin bu sözlərini özlərinin eşitmədiyini, rəfiqələrinin görüntüləri onlara yolladıqlarını deyiblər.
Əkizlər Xatirənin bu sözləri ilə razılaşmayıblar:
"Mənim qapıma gələn adam, mənim xasiyyətimi bilib gələcək. Məni istəyən şəxs, geyimimlə qərar verməməlidir. Biz heç o qədər də açıq-saçıq geyinən qızlar deyilik. Heç bir geyimimiz müzakirə yaradacaq qədər qısa və ya açıq olmayıb bu günə qədər".
Aysel