Əkizlərdən kimsəsiz uşaqlara diqqət - FOTOLAR

MAQAZİN
14:26 24.02.2015
2449
Əkiz Sevil Sevinc bacıları əyləncə mərkəzlərinin birində kimsəsiz uşaqlar üçün mərasim təşkil ediblər. Sənət adamlarını bir araya toplayan bacılar “Ümid” uşaq evinin sakinlərini qonaq ediblər.“Hər zaman çalışırıq ki, xeyriyyə tədbirlərində iştirak edək. Uşaqlarla bir araya gəldik, dedik, güldük, əyləndik, Özümüzü çox xoşbəxt hiss edirik. Əgər onların üzündə 1 az təbəssüm yarada bildiksə, bu hər şeyə dəyər. Bizə dəstək olan həmkarlarımızı da təşəkkür edirirk”-, deyə bacılar bildiriblər.Tədbirdə müğənni Ayan Babakişiyeva, Elvin Abdullayev, Ramal İsrafilov, Gülay Zeynallı, “Dostlar” qrupu, reper “Qurd” və başqaları çıxış edib. Aparıcılıq isə Lalə Alimuxtarovaya həvalə olunub.
OXŞAR XƏBƏRLƏR