BAKU AZƏRBAYCAN
8°C
euro 1.8594
dollar 1.7000
rubl 0.0215
lirə 0.2534

“Ekologiya postu” ilə bağlı son qərar verildi

“Ekologiya postu” ilə bağlı son qərar verildi
SOSİAL
12:22 17.02.2020
1809
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, bunu APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Agentlik tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol iki hərəkət zolağı enində genişləndirilir:

"Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır. Layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələri qazılıb çıxarılıb. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılıb. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir”.

Yolun genişləndirilməsi nəticəsində Dövlət Yol Polisinin "Ekologiya postu"nun söküləcəyi və yerinin dəyişdiriləcəyi barədə yayılan məlumatları APA-ya şərh edən BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, yolun genişləndirilməsi ilə əlaqədar "Ekologiya postu"nun ərazisinin yol istiqamətinə düşən hissəsi söküləcək:

"Postun ərazisi bir az geriyə çəkiləcək. Postun tam söküləcəyi ilə bağlı məlumatlar isə yanlışdır. Hələlik postun ərazisində söküntü işlərinə başlanmayıb”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:12 02.04.2020

"Yaxın qohumun vəfat etməsi ilə bağlı həkimin təsdiq etdiyi teleqram vacibdir" - İbrahim Məmmədov

22:59 02.04.2020

İtaliyada bu gün koronavirusdan 760 nəfər öldü

22:50 02.04.2020

Azərbaycanda evdən çıxmaq üçün SMS-i belə göndərməliyik - VİDEO

22:31 02.04.2020

ABŞ-da koronavirus qurbanlarının sayı 5,3 min nəfəri ötdü

22:18 02.04.2020

Evdən çıxmaq məqsədilə 8103-ə yanlış SMS göndərənlərə xəbərdarlıq edildi

21:59 02.04.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatıb

21:31 02.04.2020

SMS-lər pulsuz olacaq

21:27 02.04.2020

Xüsusi karantin dövründə fasiləsiz işləyəcək müəssisələr açıqlandı

21:13 02.04.2020

Yalan məlumat verib küçəyə çıxanlar cəzalandırılacaq

20:38 02.04.2020

Küçəyə bu nömrəyə SMS yazıb çıxacaqsız - Qaydalar açıqlandı

20:28 02.04.2020

Son dəqiqə! Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur

19:54 02.04.2020

Məleykə Abbaszadə: “Biz sadəcə gözləyərək vaxt itkisinə yol verə bilmərik”

19:19 02.04.2020

Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

18:57 02.04.2020

SOCAR-ın prezidenti: “Ayın 10-dan başlayaraq növbələr tədricən dəyişiləcək” - Foto

18:22 02.04.2020

Ukraynada həkim ağır vəziyyətdə gətirilən xəstəni evə göndərdi

18:21 02.04.2020

Mehriban Əliyeva: "Aprel döyüşlərində həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq"