Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının tərkibi təsdiqləndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının tərkibi təsdiqləndi
SOSİAL
10:23 08.11.2018
3058
Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kollegiyasının tərkibini təsdiqləyib.

AZXEBER.COM xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri kollegiyanın sədri, ekologiya və təbii sərvətlər nazirinin müavinləri; Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri; ETSN Aparatının rəhbəri; nazirliyin Aparatının ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri; ETSN Aparatının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri; nazirlik Aparatının ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri; ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru; Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi kollegiyanın üzvləri təsdiqləniblər.
OXŞAR XƏBƏRLƏR