Əkrəm Əylisli hava limanında saxlanıldı: "Münaqişə yaradıb" - AÇIQLAMA

SOSİAL
12:37 30.03.2016
2113
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə yazıçı Əkrəm Əylislinin saxlanması faktını təsdiq edib.
“Hazırda araşdırma aparılır. Nəticə bəlli olduqdan sonra ictimaiyyətə məlumat veriləcək”.
Yazıçı Əkrəm Əylisli bu gün səhər Bakı hava limanında saxlanılıb. O, Venesiyada 30 mart – 2 aprel tarixlərində keçirilən “Incroci Di Civilta” Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib.
Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı olsa da, sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.
*** 
13:42
Daxili İşlər Nazirliyi yazıçı Əkrəm Əylislinin saxlanılmasına aydınlıq gətirib.Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR