Əkrəm Əylislini 3 ilə qədər həbs gözləyir

SOSİAL
14:43 21.04.2016
1620
“Cinayət işi Bakı şəhər prokurorluğuna göndərildi”.
Əkrəm Əylisliyə qarşı başladılan cinayət işi başqa maddəyə tövsif edilib.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
O bildirib ki, bu gün Əkrəm Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olublar:
“Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə qaldırılmış cinayət işi CM-nin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi.
Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
CM-nin 315.1-ci maddəsilə istintaq aidiyyəti prokurorluq olduğundan cinayət işi istintaq davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərildi”.
///“Qafqazinfo”

OXŞAR XƏBƏRLƏR