Əkrəm Əylisliyə qarşı cinayət işi açıldı

SOSİAL
17:35 31.03.2016
2144

Yazıçı Əkrəm Əylisliyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə “Turan” agentliyinə onun oğlu Nəcəf bildirib.

Əylisli sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıqda ittiham olunur.

Bununla belə, yazıçının pasportunu qaytarıblar.

Qeyd edək ki, CM-in 221.1-ci maddəsi üzrə 160 saatdan 200 saata qədər ictimai iş və ya 1 ilə qədər islah işləri, yaxud 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR