Əkrəm İmamoğluna daşlı hücum oldu, 17 nəfər yaralandı

Əkrəm İmamoğluna daşlı hücum oldu, 17 nəfər yaralandı
SOSİAL
12:49 08.05.2023
134
Əkrəm İmamoğluna mitinq zamanı daşlı hücum olub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Millət Alyansının sədr müavini, İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğluna Ərzurumda keçirilən mitinqdə daşlı hücum olunub.
 
Mitinq meydanının yaxınlığında  toplaşan qrup İmamoğlunun olduğu avtobusa və ərazidəki vətəndaşlara daş və özləri ilə gətirdikləri bəzi əşyaları atmağa başlayıb. Baş verənlərdən sonra İmamoğlu ərazidə dayanan polisləri çağıraraq qrupa müdaxilə etmələrini istəyib. İmamoğlu bildirib ki,  baş verən hadisələrin Ərzurumlu vətəndaşlarla heç bir əlaqəsi yoxdur. O, xəsarət alan vətəndaşların vəziyyətini yaxından izlədiyini vurğulayıb. Hücumda 17 nəfər yaralanıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Əkrəm İmamoğluna olunan daşlı hücumun qəbuledilməz olduğunu söyləyib. 

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR