“Əks halda, Muxtar Babayevin məsuliyyətə cəlb olunması tələb edilməlidir” — Aslan İsmayılov

“Əks halda, Muxtar Babayevin məsuliyyətə cəlb olunması tələb edilməlidir” — Aslan İsmayılov
SOSİAL
11:01 26.03.2021
1771
"Hər bir xalqın savadı, mədəniyyəti onun flora və faunaya münasibəti ilə ölçülür. Ən azından son bir neçə ili "Ecofront” başda olmaqla bir çox qeyri-hökümət təşkilatları, blogerlər və adi sosial şəbəkə iştirakçıları onsuz da kasad olan Azərbaycan faunasının ərəb şeyxləri tərəfindən vəhşicəsinə məhv edildiyi barədə materiallar paylaşır və həyacan təbili çalırlar. Hər dəfə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bir neçə nəfərin cərimə edildiyini elan etməklə işini bitmiş sayır.
 
Bu isə sadəcə xalqı ələ salmaq deməkdir. Ona görə ki, hamı həmin şeyxlərə ən azından yerli icra başçıları, güc strukturlarının rəhbərlərinin şərait yaratdıqlarını çox gözəl bilir. Bu günə qədər onlardan biri də nəinki cəzalandırılmayıb heç adları da çəkilməyib. Deməli, bu cinayətin başında duranlar elə onun qarşısını almalı olan vəzifəli şəxslərdir. Yəni bu xalqın nə qədər savadsızı, mədəniyyətsizi varsa, onlar vəzifə başındadırlar”.

Bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, son bir neçə gündür, yenə də ərəb şeyxlərinin vəhşiliyi bütün rakurslardan sosial şəbəkələrdə nümayiş etdirilir: "Yenə də ETSN elan edir ki, bir neçə nəfər cərimələnib. Bu qudurğan ərəbləri yox, onları himayə edənlər, onlara şərait yaradan savadsız, mədəniyyətsiz vəzifəlilər cəzalandırılmalıdır. Əks halda, hamılıqla yeni nazirin özünün məsuliyyətə cəlb olunması tələb olunmalıdır.
 
Başqalarını bilmirəm, əgər bu cür saymazlıq davam edərsə, fəaliyyətimin önəmli hissəsini nazir Muxtar Babayevin fəaliyyətinə həsr edəcəyimə söz verirəm.
 
Hamını da buna çağırıram. Bəlkə böyük kampaniya başlamaqla bu biabırçılığın qarşısını ala bildik. Baş verənlərin bir adı var: pula görə hər şeyimizi satmaq!”
 
///Demokrat.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb