Ekspert: Bazarda gərginlik hələ aradan qalxmayıb

Ekspert: Bazarda gərginlik hələ aradan qalxmayıb
İQTİSADİYYAT
12:31 08.04.2026
332
"İki həftəlik atəşkəsdən sonra neft dərhal aşağı düşsə də, faktiki bazarda vəziyyət hələ də gərgindir”.

Bunu AZXEBER.COM-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. 

O bildirib ki, Yaxın Şərqdə logistika zəncirləri tam bərpa olunmayıb:

"Yaxın Şərqdə logistika zəncirləri tam bərpa olunmayıb, sığorta xərcləri yüksək qalır, bəzi marşrutlarda risk hələ də qiymətə daxildir. Bu faktorlar neftin kəskin ucuzlaşmasının qarşısını saxlayır. Digər tərəfdən, bu atəşkəs çox qısadır. İki həftəlik razılaşma bazar üçün strateji ola bilməz. Ona görə də böyük fondlar və treyderlər hələ mövqelərini tam dəyişmirlər, sadəcə risklərini azaldırlar. Bu da qiymətin sərt düşüb sonra stabilləşməsinə səbəb olur”.

İqtisadçı qeyd edib ki, atəşkəs pozularsa və ya risk yenidən artarsa, qiymətlər çox sürətlə geri qayıda bilər:

"Hazırda ən real ssenari budur ki, qiymətlər 90 dollar ətrafında dalğalansın. Bir qədər də aşağı enə bilər, amma 70–80 dollarlıq zona üçün ya uzunmüddətli siyasi razılaşma, ya da bazara əlavə böyük həcmdə neft girişi lazımdır. Bazarlar qulaqlarını şəkləyib, diqqətlə xəbər gözləyir. Əgər atəşkəs pozularsa və ya risk yenidən artsa, qiymətlər çox sürətlə geri qayıda bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR