“Kapital Bank”ın sədri “Yüksəliş” qalibləri ilə mentorluğa başladı

“Kapital Bank”ın sədri “Yüksəliş” qalibləri ilə mentorluğa başladı
İQTİSADİYYAT
17:23 07.04.2026
667

"Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov sayca beşinci "Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində qaliblərlə ilk görüşünü keçirib. Proqram çərçivəsində bu il Fərid Hüseynov müsabiqənin iki qalibinin – Fərid Mustafayev və Elnur Mirzəzadənin mentoru qismində çıxış edərək onların fərdi inkişaf planına dəstək verəcək.

Keçirilən tanışlıq görüşündə Kapital Bank-ın İstedadların idarə edilməsi departamentinin direktoru Aygün Musayeva və həmin departamentin Təşkilati öyrənmə və istedadların inkişafı şöbəsinin müdiri Tükəzban Qasımova da iştirak ediblər. Görüş zamanı qaliblərin gələcək karyera hədəfləri, idarəçilik bacarıqlarının təkmilləşdirilməsi və qarşıdakı bir il ərzində həyata keçiriləcək birgə fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və 5 mərhələdən ibarət olan "Yüksəliş” müsabiqəsinin beşinci mövsümündə 124 finalçı arasından ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb. Qaydalara əsasən, qaliblər idarəçi rəhbərlər (mentorlar) tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq pul mükafatı əldə edirlər.

Dördüncü mövsümün uğurlu yekunu

Daim gənc istedadların və peşəkar kadrların inkişafına töhfə verən Fərid Hüseynov, eyni zamanda Mentorluq Proqramı çərçivəsində dördüncü "Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadə ilə son görüşünü keçirərək bir illik fəaliyyəti yekunlaşdırıb.

Yekun görüşdə proqramın ümumi nəticələri müzakirə olunub, iştirakçının keçdiyi inkişaf yolu, əldə etdiyi bilik və idarəçilik təcrübələri qiymətləndirilib. Həmçinin, Elnur Abdullazadənin gələcək hədəfləri dinlənilib və qazanılmış təcrübənin həm peşəkar, həm də şəxsi inkişaf baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki, Fərid Hüseynov görüş haqqında təsüratlarını öz sosial media kanalında paylaşıb: "Dördüncü "Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadəni bu proqram çərçivəsində yaxından tanıdığıma və inkişafına şahidlik etdiyimə çox şadam. Mentorluq proqramı rəsmən bitsə də Elnurun hədəflərinə gedən yolda hələ qarşıda çox böyük uğurlar var. Əminəm ki, peşəkar müstəvidə hələ tez-tez görüşəcəyik. Yolun açıq olsun”.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
17:13 04.11.2026
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?