Ekspert: İlkin Süleymanov tutulandan sonra telefonuna müdaxilə olub

Ekspert: İlkin Süleymanov tutulandan sonra telefonuna müdaxilə olub
SOSİAL
20:00 05.04.2023
238
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov saxlanıldıqdan sonra telefonunu tədqiq etmiş ekspertlərdən biri - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin keçmiş eksperti Məmməd Ramazanov dindirilib.

Ekspert məhkəmədə ekspertiza ilə bağlı tərəfləri maraqlandıran sualları cavablandırıb.

İlkin Süleymanov əvvəlki ifadələrində deyib ki, 2020-ci ilin yanvarın 6-da yanmış cəsəd tapılan vaxt hadisə yerinə gələn polislər onu Tovuz Rayon Polis Şöbəsinə aparıb, telefonu əlindən alınıb. Sonradan ekspertiza rəyində göstərilib ki, həmin telefonda müxtəlif cizgi filmlərinə, müğənnilərin şəkil və videolarına baxılıb. Rəyə əsasən, yanvarın 8-də saat 11.50-də telefonda intim görüntülərə baxılıb. İlkin Süleymanov ifadəsində telefonunda iddia olunan cizgi filmlərini, intim xarakterli götüntüləri izləmədiyini deyib.

Ekspert Məmməd Ramazanov məhkəmədə vəkilin suallarını cavablandırarkən məlum olub ki, mobil telefon 2020-ci ilin yanvarın 6-da götürülsə də, götürülmə yanvarın 8-nə sənədləşdirilib. Telefonun tədqiqata fevralın 4-də - İlkin Süleymanov saxlanılandan 1 aya yaxın müddət sonra ekspertizaya verildiyi ortaya çıxıb.

Ekspert deyib ki, telefon istintaqda qaldığı bir ay ərzində müdaxilələr olub: "Yanvarın 8-də telefonun yaddaşında 9 foto yaradılıb. Yanvarın 21-də isə telefona whatsap, instagram proqramları yüklənib və silinib".

Vəkil Zabil Qəhrəmanovun, "Bu fotolar yaradılıb, yoxsa bərpa edilib?”, - sualına ekspert, "Bunu dəqiq demək mümkün deyil, yaradıla da bilər, bərpa edilə də”, - cavabını verib.

Hakim Faiq Mahmudov ekspertin konkret cavab verməsini istəyib: "Mənə konkret deyin, yanvarın 8-də telefona müdaxilə olub, ya yox?”

Ekspert hakimin sualına, "olub”, - deyərək cavab verib.
Müdafiə tərəfi, həmçinin, "Nərmin Quliyeva noyabrın 29-da yoxa çıxdığı halda, nəyə görə İlkinin telefonunun tədqiqi dekabrın 21-dən sonrakı müddəti əhatə edib?”, - sualını ünvanlayıb.

İlkin Süleymanov isə, "Niyə dekabrın 21-dən əvvəlki yaddaş tədqiq olunmayıb, Nərmin yoxa çıxandan dekabrın 21-nə kimi olan müddət niyə maraqlı olmayıb?”, - deyə ekspertdə sual verib.

Prokuror da ekspertdən bunun səbəbini soruşub.

Ekspert isə suallara cavab olaraq, "Deyiblər bu tarixdən başla, tədqiq et. Nə deyiblərsə, onu etmişəm”, - cavabını verib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO