Ekspert: Neft bahalaşdıqca bütün ölkələr zərər görür

Ekspert: Neft bahalaşdıqca bütün ölkələr zərər görür
İQTİSADİYYAT
16:01 12.03.2026
656
Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib ki, hazırda dünya bazarlarında neft və qaz qiymətlərinin görünməmiş dərəcədə artımı müşahidə olunur və bu vəziyyət ilk növbədə istehlakçılar üçün ciddi zərbə yaradır. Dövlət başçısı qeyd edib ki, qeyri-tarazlı enerji qiymətləri yalnız istehlakçılara deyil, eyni zamanda neft hasil edən və ixrac edən ölkələr üçün də arzuolunan deyil. Onun sözlərinə görə, belə qiymət dəyişiklikləri bazarda sabitliyə mənfi təsir göstərir. Prezident vurğulayıb ki, Azərbaycan daha tarazlaşdırılmış və proqnozlaşdırıla bilən neft qiymətlərinin tərəfdarıdır.

İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, neft bahalaşanda istehlakçı ölkələr bundan ciddi zərər görür:

"Neft bahalaşdıqda istehsalçı ölkələr qazanc əldə edir, istehlakçı ölkələr isə bundan zərər görür. Neftin qiymətinin artması zəncirvari şəkildə digər məhsulların da bahalaşmasına səbəb olur və nəticədə bütün ölkələrə, eləcə də iqtisadi oyunçulara mənfi təsir göstərir. Məsələn, Azərbaycan neftdən əldə etdiyi gəlirin bir hissəsini idxal olunan məhsulların bahalaşması səbəbindən yenidən xərcləməli olur”.

İqtisadçı qeyd edib ki, ədalətli qiymət koridorunun formalaşması vacibdir: 

"Dünya neft bazarında həm istehsalçıları, həm də istehlakçıları qane edən ədalətli qiymət koridorunun formalaşması vacibdir.
Geosiyasi gərginlik azaldıqdan sonra belə bir balansın yaranacağı gözlənilir. Münaqişənin uzunmüddətli olacağını düşünmürəm. Lakin müharibə uzandıqca enerji bazarında gərginlik də artacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tıxacı azaltmaq üçün tikilən yolda işlər tamamlanmaq üzrədir - VİDEO
01:40 27.11.2026
Tıxacı azaltmaq üçün tikilən yolda işlər tamamlanmaq üzrədir - VİDEO
Məşhur futbolçu Obameyanq avtomobil qəzasına düşdü
01:28 27.11.2026
Məşhur futbolçu Obameyanq avtomobil qəzasına düşdü
Artıq ödənilmiş tibbi sığorta haqları bu qayda ilə geri qaytarılacaq - VİDEO
01:10 27.11.2026
Artıq ödənilmiş tibbi sığorta haqları bu qayda ilə geri qaytarılacaq - VİDEO
Kərə yağından sonra duru yağ da bahalaşdı - Video
00:53 27.11.2026
Kərə yağından sonra duru yağ da bahalaşdı - Video
Bürclər bu günə nə deyir?
00:38 27.11.2026
Bürclər bu günə nə deyir?
UEFA Avropa Liqası: “Beşiktaş” İsrail klubunu məğlub edib
00:24 27.11.2026
UEFA Avropa Liqası: “Beşiktaş” İsrail klubunu məğlub edib
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
00:14 27.11.2026
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
Parkda gecələyən uşağın valideyninə bu cəza verildi
00:00 27.11.2026
Parkda gecələyən uşağın valideyninə bu cəza verildi
Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - Video
23:50 26.11.2026
Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - Video
Fidan gürcüstanlı həmkarı ilə "Beşiktaş" – "Hapoel" matçı zamanı yaşananları müzakirə edib
23:41 26.11.2026
Fidan gürcüstanlı həmkarı ilə "Beşiktaş" – "Hapoel" matçı zamanı yaşananları müzakirə edib
Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb
23:23 26.11.2026
Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb
Türkiyə nəhənglərindən "Beşiktaş"a dəstək bəyanatları
23:12 26.11.2026
Türkiyə nəhənglərindən "Beşiktaş"a dəstək bəyanatları
"Beşiktaş" – "Hapoel" matçı bərpa edilib
22:59 26.11.2026
"Beşiktaş" – "Hapoel" matçı bərpa edilib
Ermənistan Prezidenti Baş Qərargah rəisinin müavinini vəzifəsindən azad edib
22:49 26.11.2026
Ermənistan Prezidenti Baş Qərargah rəisinin müavinini vəzifəsindən azad edib
"Beşiktaş" - "Hapoel Beer-Şeva" matçı yarımçıq dayandırıldı: Polislə azarkeşlər arasında toqquşma
22:35 26.11.2026
"Beşiktaş" - "Hapoel Beer-Şeva" matçı yarımçıq dayandırıldı: Polislə azarkeşlər arasında toqquşma
ABŞ-da qasırğalar səbəbilə 360-dan çox aviareys ləğv edilib
22:16 26.11.2026
ABŞ-da qasırğalar səbəbilə 360-dan çox aviareys ləğv edilib