Ekspert: “Nərminin meyiti 300 qram benzinlə kömürləşmiş hala qədər yana bilməzdi”

Ekspert: “Nərminin meyiti 300 qram benzinlə kömürləşmiş hala qədər yana bilməzdi”
SOSİAL
18:47 02.03.2023
166
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərmin Quliyevanın meyitini müayinə edən ekspertlərdən biri - Seyfulla İsgəndərov - şahid qismində dindirilib.

Seyfulla İsgəndərov müdafiə tərəfinin vəsatəti ilə məhkəməyə çağırılıb.

İlkin Süleymanovun vəkilləri Zabil Qəhrəmanov və Murtuzəli Abbasov ekspertə bir neçə sual ünvanlayıblar. Suallardan biri Nərmin Quliyevanın baş nahiyəsində olan beş xəsarətin bir zərbə ilə yaranmasının mümkün olub-olmaması ilə bağlı olub.

Qeyd edilib ki, İlkin Süleymanov ilk ifadəsində Nərmin Quliyevanın başına bir zərbə vurduğunu deyib.

Ekspert isə bir zərbə endirməklə həmin beş xəsarətin yarana biləcəyinin mümkünsüz olduğunu bildirib. Müdafiə tərəfi bunun təqsirləndirilən şəxsin ilkin ifadəsinin yalan olduğunu bir daha sübut etdiyini vurğulayıb.

Meyitin boy ölçüsü ilə bağlı suala isə ekspert cavab olaraq bildirib ki, meyit onlara təhvil verilən vaxt Nərmin Quliyevanın meyiti olduğunu deyiblər.

Vəkillərin digər sualı isə meyitin arxası üstə yanma ehtimalı ilə bağlı olub. Həmçinin sonradan meyitin yanma vaxtını müəyyənləşdirmək üçün ekspertiza keçirilərkən yandırılan qoyunun da arxa hissəsinin yanmaması məqamı ekspertin diqqətinə çatdırılıb.

Ekspert suala: "İnsanla heyvanın yanması fərqlidir”, - deyə cavab verib.

İlkin Süleymanov isə ekspertə: "Meyit 300 qram benzinlə o həddə yana bilərdimi?” - deyə sual verib.

Ekspert Seyfulla İsgəndərov meyitin 300 qram benzinlə yanaraq kömürləşmiş hala çatmasının real olmadığını bildirib.

İlkin Süleymanovun ikinci sualı isə meyitin üzərində olan sintetik ağ köynəyin qolunun yanmaması ilə bağlı olub. Ekspert meyitin üzərindəki köynəyin yanmamış olmasının inandırıcı olmadığını deyib.

Qeyd olunub ki, iş üzrə digər mübahisəli məqam meyit yanan vaxt iy gəlməməsi ilə bağlıdır. Müdafiə tərəfi meyitin başqa yerdə yandırıldıqdan sonra İlkin Süleymanovun evinin yanına atıldığını iddia edib.

Proses martın 15-də digər ekspertlərin ifadələri ilə davam edəcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyeva qətlə yetirilib. Onun yandırılmış meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?
18:30 17.03.2026
Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?
Özünü həkim kimi təqdim edənlərin tibb təhsili yox imiş - ADLAR/FOTO
18:26 17.03.2026
Özünü həkim kimi təqdim edənlərin tibb təhsili yox imiş - ADLAR/FOTO
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
18:21 17.03.2026
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
18:10 17.03.2026
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
18:00 17.03.2026
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
17:53 17.03.2026
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
17:42 17.03.2026
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
17:25 17.03.2026
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
17:23 17.03.2026
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Bakıda marketdən ərzaq oğurlayanlar həbs olundular - ANBAAN VİDEO
16:49 17.03.2026
Bakıda marketdən ərzaq oğurlayanlar həbs olundular - ANBAAN VİDEO
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert