Ekspert: “Paşinyan uzunmüddətli maraqları fikirləşmir” - VIDEO

Ekspert: “Paşinyan uzunmüddətli maraqları fikirləşmir” - VIDEO
SİYASƏT
09:44 30.06.2021
656
Ermənistan gec-tez delimitasiya ilə bağlı prosesdə işçi qrupu yaradacaq. Əgər yaratmasa, Azərbaycan təkbaşına, birtərəfli olaraq delimitasiya və demarkasiyanı həyata keçirəcək və Ermənistan yaranmış de-fakto sərhədlərlə barışmalı 

Bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında politoloq Əli Hacızadə deyib. O bildirib ki, Ermənistan bu prosesi uzatmaqda maraqlıdır:

"Paşinyan uzunmüddətli maraqları fikirləşmir və kütlənin maraqlandığı məsələlərlə maraqlanır. O, müəyyən dərəcədə sərhəddə gərginlik olmasında maraqlıdır. Çünki Paşinyan gərginlik olduğu müddətdə hansısa delimitasiya və demarkasiyadan söhbət gedə bilməyəcəyini deyəcək. Bu, üsullarla onlar prosesi maksimal dərəcədə uzatmaq istəyirlər ki, bəlkə sonra bəxtləri açıla. Hətta onların öndə gedən siyasi liderləri də "bir az gözləyək, sonra yaxşı olacaq” fikrindədirlər”.
OXŞAR XƏBƏRLƏR