Ekvador millisinin baş məşqçisi istefa verib

Ekvador millisinin baş məşqçisi istefa verib
DÜNYA
18:47 05.07.2024
190
ABŞ-də təşkil olunan Amerika Kubokunun 1/4 finalında Argentina millisinə penaltilər seriyasında məğlub olan Ekvador yığmasının baş məşqçisi Feliks Sançes istefa verib.

Bu barədə Ekvador Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 48 yaşlı ispaniyalı mütəxəssis 2023-cü ilin martından Ekvador millisinə rəhbərlik edirdi. O, 2017-2022-ci illərdə Qətər yığmasını çalışdırıb.
OXŞAR XƏBƏRLƏR