Ekvador millisinin futbolçusu qaçırılaraq üç gün əsir saxlanılıb

Ekvador millisinin futbolçusu qaçırılaraq üç gün əsir saxlanılıb
İDMAN
18:34 05.12.2024
322
Ekvador millisinin futbolçusu Pedro Perlasa qaçırılaraq üç gün əsir saxlanılıb.

Ölkəsinin "Delfin" klubunda çıxış edən müdafiəçi dekabrın 1-də cinayətkarlar tərəfindən qaçırılıb.

O, digər tanışı ilə birgə şüşələri qara rəngdə olan avtomobilə zorla mindirilərək naməlum istiqamətə aparılıb. Ekvador polisi dərhal axtarışa başlayıb və qaçırılanlar üç gün sonra saxlandıqları yerdən azad ediliblər.

Qeyd edək ki, Pedro Perlasa Ekvadorda müxtəlif klubların formasını geyinib, 3 dəfə yığmanın heyətində çıxış edib.
 
 ///report
OXŞAR XƏBƏRLƏR