Ekvadorda zəlzələ - 77 ölü, 588 yaralı

DÜNYA
12:02 17.04.2016
1559
Ekvadorda güclü zəlzələ baş verib.
7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də (Bakı vaxtı ilə 03.58-də) Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 16 nəfər Portovyexo şəhərində ölüb, 10 nəfər – Manta şəhərində, daha iki nəfər isə Quayas əyalətində ölüb.
Son məlumata görə, zəlzələ nəticəsində 77 nəfər həlak olub, 588 nəfər yaralanıb. Bu barədə ölkə prezidentinin administrasiyanın mətbuat xidməti məlumat yayıb.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR