“Əl-Əhram” qəzeti: "Misir media nümayəndələrinin Bakıya səfəri səmərəli və yaddaqalan olub"

“Əl-Əhram” qəzeti: "Misir media nümayəndələrinin Bakıya səfəri səmərəli və yaddaqalan olub"
MEDIA
18:45 18.12.2017
1155
Misirin geniş oxucu auditoriyasına malik "Əl-Əhram” qəzeti ölkənin aparıcı media nümayəndələrinin bu yaxınlarda Azərbaycana səfərinin nəticələrinə dair məqalə dərc edib.
 
AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, "Əl-Əhram” qəzetinin aparıcı redaktoru Məhəmməd Həbib misirli jurnalistlərin ölkəmizə səfəri zamanı keçirdikləri görüşlərdən yazıb. Nümayəndə heyətinin Bakıya səfərini səmərəli və yaddaqalan adlandıran müəllif qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşdə Misir nümayəndə heyətinin üzvləri Azərbaycanda gedən inkişaf prosesləri, ölkədə multikulturalizm və dini tolerantlıq mühitinin formalaşması və dərinləşməsi barədə məlumatlandırılıblar. Görüşdə Əli Həsənov misirli qonaqlara dünyada İslam həmrəyliyinin gücləndirilməsi yolunda Azərbaycanın həyata keçirdiyi tədbirlərdən danışıb, müsəlman dünyasının üzləşdiyi problemlərin həlli üçün elmi biliklərin daha da artırılmasının önəmini vurğulayıb.
 
Azərbaycanın da Misir kimi dünya sivilizasiyasının zənginləşməsinə töhfələr verdiyini qeyd edən Prezidentin köməkçisi bu uğurların təbliği üçün müsəlman ölkələrinin mətbuat nümayəndələri, o cümlədən Azərbaycan və Misir KİV-ləri arasında əməkdaşlığın vacibliyinə diqqəti cəlb edib. Görüşdə Əli Həsənov misirli qonaqlara əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, həmrəylik, tolerantlıq, multikulturalizm, mədəniyyətlərarası dialoqa əsaslanan siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən danışıb, Azərbaycanın öz tolerantlıq modelini, mədəniyyətlər və sivilizasiyalararası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etməsindən söz açıb. Əli Həsənovun Azərbaycanda mövcud olan tolerantlıq mühiti barədə fikirlərinə yer ayıran müəllif bildirir ki, burada təkcə müxtəlif məzhəblərin nümayəndələri deyil, həmçinin müxtəlif dinlərə mənsub insanların qarşılıqlı anlaşma və qardaşlıq şəraitində yaşaması bir çox ölkələr üçün nümunədir.
 
Jurnalist Məhəmməd Həbib misirli nümayəndələrlə Bakı Dövlət Universitetində (BDU) keçirilmiş görüşdən də bəhs edir. O yazır ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov müsəlman alimlərin, o cümlədən misirli alimlərin dünya elminə verdikləri töhfələri diqqətə çatdırıb. Görüşdə dünyada nüfuz sahibi olan elm adamlarının yetişməsi üçün əlverişli elmi mühitin vacibliyi qeyd edilib. Məqalədə Azərbaycana səfər etmiş misirli jurnalistlərin də qatıldığı "İslam həmrəyliyinin gücləndirilməsində medianın rolu” mövzusunda beynəlxalq konfransın əhəmiyyətindən söhbət açılır. Beynəlxalq Avrasiya Mətbuat Fondunun və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş konfransda səsləndirilmiş fikirlərin İslam aləmi üçün aktuallığını qeyd edən müəllif çıxışlardan sitatlar gətirir. Bildirilir ki, konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov ölkəmizin İslam həmrəyliyinin, multikulturalizmin gücləndirilməsi istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırıb, terror və belə mənfi halların qarşısının alınması üçün müsəlman aləminin birliyinin zəruriliyini qeyd edib. Çıxışlarda İslam həmrəyliyinin İslam ümməti üçün tarixi önəm daşıdığı, müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin hazırkı vəziyyətdə xüsusilə zəruri olduğu, bu istiqamətdə medianın da üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb.
 
"Əl-Əhram” qəzetinin aparıcı redaktoru nümayəndə heyətinin Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh və səfirliyin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi ilə görüşündən də söhbət açır. Məlumat verir ki, səfir ölkələrimiz arasında əlaqələrin tarixindən danışıb. Misirlə Azərbaycan arasında təhsil və mədəniyyət əlaqələrindən bəhs edən Əhməd Sami əl-Aydi Azərbaycanın bir çox ali təhsil müəssisələrində, o cümlədən ADA Universitetində misirli tələbələr üçün təqaüdlər təqdim edildiyini, eləcə də Qahirə Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda təcrübə keçdiklərini diqqətə çatdırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb