"Əl-İttihad" klubuna yeni baş məşqçi təyin edilib - RƏSMİ

"Əl-İttihad" klubuna yeni baş məşqçi təyin edilib - RƏSMİ
İDMAN
22:18 08.10.2025
244
Səudiyyə Ərəbistanının "Əl-İttihad” klubu yeni baş məşqçisini açıqlayıb. 

AZXEBER.COM xəbər verir ki, komandaya portuqaliyalı mütəxəssis Serjio Konseysao rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

50 yaşlı məşqçi ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb. 

Qeyd edək ki, Konseysaonun son iş yeri İtaliyanın "Milan” klubu olub.

OXŞAR XƏBƏRLƏR