xari

El Klasikonun baş hakimi dəyişdirildi

İDMAN
14:16 09.04.2021
268
İspaniya La Liqasının XXX turunun "Real Madrid" - "Barselona" matçının baş hakimi dəyişdirilib.

AZXEBER.COM İspaniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, El Klasikoya Antonio Mateu Laosun əvəzinə Xesus Hil Mansano təyinat alıb.

Buna Laosun zədələnməsi səbəb olub.

Qeyd edək ki, aprelin 10-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR