"Əl-Nassr"ın İrandakı son məşqi bu səbəbdən ləğv edildi

İDMAN
13:36 19.09.2023
230
"Əl Nassr”ın İrandakı son məşqi ləğv edilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Əl Nassr”ın Asiya Çempionlar Liqası çərçivəsində "Persepolis”lə oyun öncəsi son məşqi Kriştiano Ronaldoya olan maraq səbəbindən ləğv edilib. 

Ronaldonu görmək üçün Tehrana gələn minlərlə insan futbolçunun getdiyi komanda avtobusunu hava limanında otelə doğru hərəkət edərkən anbaan təqib ediblər.
 
Qeyd edək ki, "Əl Nassr" - "Persepolis" matçı çərşənbə axşamı saat 21:00-da başlayacaq.

Günel
OXŞAR XƏBƏRLƏR