"Əl-Nəsr" Ronaldo haqqında xəbəri TƏKZİB ETDİ

İDMAN
10:13 11.01.2023
432
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo 2030-cu il dünya çempionatına ev sahibliyi etmək istəyən Səudiyyə Ərəbistanının namizədliyinin səfiri olmayacaq.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "Əl-Nəsr" klubunun açıqlamasında bildirilib.

37 yaşlı hücumçunun "Əl-Nəsr"lə müqaviləsində dünya çempionatı üçün hər hansı öhdəliyi nəzərdə tutulmur.

Qeyd olunur ki, Ronaldonun əsas məqsədi komanda yoldaşları ilə birgə çalışaraq klubun uğur qazanmasına kömək etməkdir.

Xatırladaq ki, "France 24" nəşri Ronaldonun Səudiyyə Ərəbistanının 2030-cu il dünya çempionatı üçün müraciətinin səfiri olacağı və bunun üçün 200 milyon avro alacağı barədə məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR