Elariz “Ağ ev”in önünə getdi: "Trampı gözləyirəm” - VİDEO

Elariz “Ağ ev”in önünə getdi: "Trampı gözləyirəm” - VİDEO
MAQAZİN
10:54 18.12.2019
3729
Bir müddətdir ki, ailəsi ilə birlikdə Amerikaya köçən müğənni Elariz Məmmədoğlu doğum gününü "Ağ ev"in qarşısında keçirib.
 
AZXEBER.COM xəbər verir ki, müğənni özünə olan arzularını "Ağ evin" qarşısında dilə gətirib. O hisslərini belə ifadə edib:
 
"Bu gün 17 dekabr 2019-cu il mənim ad günümdür. Bu gün mənim 55 yaşım tamam olur. Bütün dədə-babalarım 55 yaşlarını Amerikanın paytaxtı Vaşinqtonda, "Ağ Ev”in qarşısında keçiriblər. Mən də ənənəyə sadiq qalaraq gəldim "Ağ Ev”in qarşısına və burada mən 55 yaşımı qeyd edirəm. İndi Tramp (ABŞ prezidenti – red.) müəllim də gələcək, 10 dəqiqədi artıq gözləyirəm, həmişəki kimi yenə də gecikir. Amma gələcək, söz verib ki, gələcək”
 
Qeyd edək ki, müğənni "Green Card" vasitəsi ilə Amerikaya köçüb. O hətta orada özünə dönər biznesi qurub.
 
Nazim Qasımadə
OXŞAR XƏBƏRLƏR