Əlavə gömrük yığımlarının müddətinin uzadılması bazara necə təsir göstərəcək? - VİDEO

Əlavə gömrük yığımlarının müddətinin uzadılması bazara necə təsir göstərəcək? - VİDEO
SOSİAL
00:21 24.07.2026
128
Armatur bazarında qiymətlər yenidən yüksəlməyə başlayıb.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, son günlər satış məntəqələrində bəzi məhsulların qiyməti 10-15 qəpik artıb. Satıcılar bunu bazardakı ümumi qiymət dinamikası ilə əlaqələndirirlər. 

Bu arada Nazirlər Kabineti armatur və armaturlaşdırılmamış şüşələr üçün tətbiq edilən əlavə gömrük yığımlarının müddətini də uzadıb. Əgər əvvəl bu yığımlar 2026-cı il iyunun 30-dək qüvvədə idisə, yeni qərarla onların tətbiqi bu ilin 31 dekabrınadək davam edəcək.

Mövcud qaydalara əsasən, ölkəyə idxal edilən armatur üçün malın dəyərinin 15 faizi həcmində və ya hər ton üzrə minimum 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunur.
Bununla yanaşı, hər ton armatur üçün əlavə 150 manat gömrük yığımı da tutulur.

Satıcıların sözlərinə görə, hazırda bazarda həm yerli, həm də idxal olunan armatur satılır. Yerli istehsal məhsullarında da qiymət artımı müşahidə olunsa da, əlavə gömrük yığımları yalnız xaricdən gətirilən məhsullara tətbiq edilir.

Hazırda bazarda yerli istehsal armaturun bir metri ölçüsündən asılı olaraq təxminən 1 manatdan başlayaraq 2 manata yaxın dəyişir. İdxal olunan məhsullar isə bundan daha yüksək qiymətə təklif olunur. Satıcılar hesab edirlər ki, əlavə gömrük yığımının tətbiq müddətinin uzadılması idxal olunan armaturun maya dəyərinə təsir göstərə və bu, növbəti aylarda bazar qiymətlərində də özünü hiss etdirə bilər.

İqtisadçılar bildirirlər ki, əlavə gömrük yığımlarının tətbiqi ilk növbədə daxili istehsalın dəstəklənməsinə hesablanıb.

Ekspert onu da bildirib ki, əlavə gömrük yığımı qısamüddətli xarakterlidir və 6 aydan sonra müddət başa çatacaq.

OXŞAR XƏBƏRLƏR