Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Əlcəzairdəki əlaqələndiricisi Xumar Nəbiyevanın evində çəkilən verilişdə Azərbaycanın zəngin mədəniyyəti və adət-ənənələrindən bəhs edilib.
Xumar xanım ölkəmizin təbii sərvətləri, füsunkar təbiəti, mədəniyyət və təbiət qoruqları, Qarabağ atları, xalçalar, milli geyimlər, rəqslər, bayramlar, festivallar və milli mətbəx nümunələri barədə ətraflı məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini nəzərə çatdırıb.
Proqramı aşağıdakı linkdən izləmək mümkündür: