Əlcəzairdə prezident seçkiləri başlayıb

DÜNYA
12:27 07.09.2024
161
Əlcəzairdə avqustun 7 -də yerli vaxtla səhər saat 8:00-da seçki məntəqələri açılıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə " AL24NEWS" məlumat yayıb.

Ölkədə ali dövlət postu uğrunda ümumilikdə üç namizəd mübarizə aparır. Namizədlər Əbdülməcid Tebbun, Sosialist Qüvvələr Cəbhəsi partiyasından namizəd Youcef Aouchiche və Sülh Uğrunda Cəmiyyət Hərəkatı partiyasından namizəd Abdelali Hassani Cherifdir.

Səsvermə gün ərzində yerli vaxtla saat 19:00-a qədər davam edəcək.
OXŞAR XƏBƏRLƏR