"Sevilin elçiləri boldur maşallah. Amma anam bəyənmir.Çox seçici insandır"
AZXEBER.COM xəbər verir ki, bu sözləri Sevil-Sevinc bacıları "Qonaqcanlı" verilişində deyib.
Əkizlər ailə qurmaq istəsə də xalasının və anasının elçilərə "yox" cavabını vermələrindən gileyləniblər:
"Anamdan çox xalam elçilərimizə yox deyir, çünki bizi çox sevir. Anama zəng edir deyir ki, bacı, filankəs elçi gəlmişdi, mən birbaşa yox dedim. Sevilin elçiləri boldur maşallah. Amma anam bəyənmir. Çox seçici insandır. Deyir mən qızlarımı niyə ona verim?".
Aysel