Qondarma erməni soyqırımı tarixi yaxınlaşdıqca erməni lobbisinin bu sitiqamətdə fəaliyyəti aktivləşir.
Roma Papasının və Avropa Parlamentinin “qondarma” ermənini soyqırımını tanıması məsələsi buna əyani nümunədir.
Məsələ ilə bağlı AZXEBER.COM-a münasibət bildirən Azərbaycanın Özbəkistandakı diasporasının sədr müavini Elçin Cabarov bunun bütövlükdə türk dünyasına qarşı qərəzli mövqe olduğunu dedi:
“Heç şübhəsiz ki, bu həmdə türkdilli ölkələrə qarşı yönəlmiş bir qərardır. Dünya xristianlarının mənəvi atası hesab olunan Roma Papasının qondarma “soyqırımı” qəbul etməsi dinin sadəcə olaraq siyasi bir alət olduğunu göstərdi. Əslində dünyada islam dövlətlərinə qarşı təzyiq mexanizmi formalaşdırılıb və bu faktor birmənalı şəkildə ikili standartlara, qərəzli mövqelərə və dağıdıcılığa hesablanıb. Rəsmi Anakara dəfələrlə bəyan edib ki, bizim arxivlərimiz dünya dövlətlərinin üzünə açıqdır, gəlib yoxlaya bilərlər.
Lakin nə Ermənisan tərəfi, nə də dünya tarixçiləri bu ədalətli mövqeni dəstəkləmədilər. Səbəb isə bəllidir. Erməni yalanları ifşa olunacaq. Bunun ardından isə Avropa Parlameninin qondarma “soyqırımı” tanıması, qətnamə qəbul etməsi Ermənistanın ölüm hökmü kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, nüfuzunu tamamilə itirmiş, ölkəsini səfalətə, xaosa doğru aparan Ermənistan rəhbərliyi süni şəkildə lobbi gücünə hakimiyyətə qalmağa çalışır. Lakin bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. Türkiyə Ermənistanla münasibətlərdə müəyyən güzəştlərə getməyə hazır idi. Hətta işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması müqabilində Türkiyə Ermənistanla bütün siyasi və iqtisadi əlaqələri bərpa edəcəyini söyləmişdi.
Lakin erməni lobbisinin qondarma soyqırımla bağlı “fədakarlılğı” birbaşa olaraq sadə ermənilərin məhv olunmasına, dilənçi vəziyyətinə düşməsinə gətirib çıxardacaq. Hesab edirəm ki, hadisələrin bu cür gedişatında türk dünyası diaspor təşkilatlarının fəaliyyətinin də rolu var. Bu fəaliyyət daha mükəmməl, daha sistemli şəkildə qurulmalı, boşluqlar ciddi şəkildə araşdırılmalıdır. Hədəflərimiz bəllidir, lakin hədəfə bir yumruqdan vurmağı bacarmalıyıq. ”