Müğənni Elçin Cəfərovun toyu olub.
O Azərbaycanın xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlının və Tənzilə Rüstəmxanlının qızı Aydanla ailə həyatı qurub.
AZXEBER.COM-un məlumatına görə, paytaxt restoranlarının birində baş tutan toy mərasimində ölkənin mədəniyyət xadimləri iştirak ediblər.
Qeyd edək ki, cütlüyün qız toyu 16 aprel tarixində baş tutmuşdu.
Cütlüyün xoş günündən şəkillər və videolar sosial şəbəkədə yayılıb.





