Elçin Əmirbəyov: “Azərbaycan Çini strateji tərəfdaş hesab edir”

Elçin Əmirbəyov: “Azərbaycan Çini strateji tərəfdaş hesab edir”
SİYASƏT
13:17 18.08.2023
242
"Azərbaycan Çini strateji tərəfdaş hesab edir”.

Bunu Çinin "Feniks TV" telekanalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

Ölkələr arasındakı ikitərəfli münasibətləri şərh edən E.Əmirbəyov Azərbaycanın Çinlə siyasi dialoqunu dərinləşdirmək və gücləndirmək istəyini vurğulayıb:

"Biz hesab edirik ki, ölkələrimiz arasında dialoqun keyfiyyəti yüksək səviyyədədir. Çinin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevlə münasibətlər yaxşıdır, onlar bir neçə dəfə görüşüblər. Bu isə ikitərəfli əməkdaşlığın keyfiyyətinə daha da yaxşı təsir edib".

E.Əmirbəyov qeyd edib ki, Çinin beynəlxalq münasibətlərdə rolu çox mühümdür, çünki bu ölkə BMT Təhlükəsizlik Şurasının mühüm üzvü və Azərbaycana dost ölkədir:

"Ötən il Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam oldu. Təbii ki, 2022-ci ilin sentyabrında liderlərimizin Səmərqənddə görüşməsi təsadüfi deyildi. Siyasi dialoqumuzun yüksək keyfiyyəti liderlərimiz arasındakı yaxşı münasibətlərdən irəli gəlir. Onlar təkcə ikitərəfli məsələlərdə deyil, beynəlxalq gündəmdə də qarşılıqlı anlaşmaya malikdirlər”.

O bildirib ki, iki ölkənin liderləri iqtisadi və ticarət əlaqələrimizin şaxələndirilməsi üçün daha çox iş görülməli olduğu, hökumət üzvləri, liderlər və parlamentlər səviyyəsində müntəzəm təmasların davam etdirilməsinə dair razılığa gəliblər:

"Çin Azərbaycanı yeni cəlbedici turizm məkanı hesab etsə, biz çox şad olardıq. Ona görə də razılaşdıq ki, iki ölkə arasında birbaşa aviareyslər tezliklə bərpa olunsun. Bu, insanlar arasında əlaqələri də gücləndirəcək".

E.Əmirbəyov "Bir kəmər - bir yol” layihəsinin rolunu da şərh edib.

"Azərbaycan ənənəvi enerji resursları, neft və qaz tədarükçüsü kimi tanınır, eyni zamanda Avropa qitəsində enerji təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynayır. Düşünürəm ki, hər iki lider Çin tərəfindən 10 il əvvəl "Bir kəmər - bir yol” layihəsi çərçivəsində irəli sürülmüş təşəbbüsdən faydalanmaq üçün daha çox şey edə biləcəyimiz barədə razılığa gəliblər”, - bildirib.

Prezidentin nümayəndəsi əlavə edib ki, Azərbaycan coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında əlaqələrin təmin edilməsində rol oynayıb. Ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin təmin edilməsində çox fəal olub, həmçinin Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu inşa edib:

"Bu, Orta Dəhliz adlanan layihənin həyata keçirilməsi üçün böyük ölçüdə istifadə oluna bilən və Azərbaycanın tam dəstəklədiyi "Bir kəmər - bir yol" təşəbbüsü ilə uyğunlaşdırılan infrastrukturdur".
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi