Elçin Əmirbəyov: "Bəzi ekspertlər Ağdamı Naqasaki, Hiroşima və Sarayevo ilə müqayisə edirlər"

Elçin Əmirbəyov: "Bəzi ekspertlər Ağdamı Naqasaki, Hiroşima və Sarayevo ilə müqayisə edirlər"
SİYASƏT
16:28 12.04.2021
354
Ağdam şəhərinin bugünkü vəziyyətini Naqasaki, Hiroşima, Vukovar, Sarayevo, Drezden kimi şəhərlər ilə müqayisə edirlər.

"Report” xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov beynəlxalq analitik mərkəzlərin nümayəndələrinin Ağdam rayonuna səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

"Bu, birinci dəfə deyil, siz özünüz də görürsünüz ki, bir neçə dəfə müxtəlif xarici qruplar buraya səfər edib. Bu gün gəlmiş qonaqlar 15 ölkədən çox beyin mərkəzində çalışan siyasətşünaslardan, politoloqlardan ibarətdir. Bu, o insanlardır ki, hərəsi öz ölkəsində bu mövzu ilə bağlı, Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı vəziyyəti işiqlandırır”, – Elçin Əmirbəyov bildirib.

O deyib ki, buna görə, həmin ölkələrdə bu mövzuda vəziyyətin və reallıqların, həqiqətlərin çatdırılması baxımından bu səfərlərin rolu çox böyükdür.

"Ona görə də onların buraya gəlməsinin əsas səbəbi Ermənistan tərəfindən Azərbaycana qarşı, bizim xalqımıza qarşı törədilmiş bu vəhşiliklərin nədən ibarət olduğunu öz gözləri ilə görməsidir. Bilirsiniz ki, öz lobbiçilik qüvvələrinə əsaslanaraq ermənilər özləri bu işğalı və vandallığı törətdiklərinə baxmayaraq, yenə də bizə qarşı informasiya müharibəsi aparırlar. Sözsüz ki, bu baxımdan bu cür səfərlər davam etdiriləcək, müxtəlif qonaqlar yenə də buraya gətiriləcək və vəhşiliyə məruz qalmış şəhərləri bir-bir göstərəcəyik”, - o qeyd edib.

"Ağdam şəhərinə gəldikdə isə, doğrudan da, biz bayaqdan bir neçəsi ilə danışdıq və onlar bu şəhərin bugünkü vəziyyətini Naqasaki, Hiroşima, Vukovar, Sarayevo, Drezden kimi şəhərlər ilə müqayisə edirlər. Hətta deyirdilər ki, müəyyən mənada burada böyük dağıntılar görüblər. Burada keçmiş diplomatlar da var, Azərbaycanla, Cənubi Qafqazla maraqlanan mütəxəssislər var. Ona görə də onların gedib bu həqiqətləri çatdırmasında böyük əhəmiyyət var”, – E.Əmirbəyov bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
22:52 10.10.2026
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
22:43 10.10.2026
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
22:36 10.10.2026
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
22:27 10.10.2026
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
22:18 10.10.2026
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
22:12 10.10.2026
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
22:03 10.10.2026
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
21:56 10.10.2026
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
21:49 10.10.2026
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
21:42 10.10.2026
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
21:32 10.10.2026
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
21:23 10.10.2026
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
21:17 10.10.2026
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
21:10 10.10.2026
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
21:01 10.10.2026
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
20:52 10.10.2026
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib