Elçin Əmirbəyov Çilidə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib - FOTOLAR

Elçin Əmirbəyov Çilidə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib - FOTOLAR
Siyasət
09:05 08.05.2025
621
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çili Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Alberto van Klaveren, Milli Konqresinin Senatının sədri Manuel Xose Ossandon, Deputatlar Palatasının sədri Xose Migel Kastro, hər iki palatada Çili-Azərbaycan Parlamentlərarası Dostluq Qruplarının sədrləri Fransisko Çauhan və Kosme Meyado və həmin qrupların üzvləri, həmçinin Çili Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Karlos Figeroa ilə görüşlər keçirib.

AZXEBER.COM xəbər verir ki, danışıqlar zamanı Azərbaycan ilə Çili arasında ikitərəfli siyasi, iqtisadi, ticarət və humanitar əlaqələrin hazırkı vəziyyəti və perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, əməkdaşlığın fəallaşdırılmasına qarşılıqlı maraq ifadə edilib. Parlamentdə keçirilmiş görüşlər zamanı parlamentlərarası əməkdaşlığının ikitərəfli və çoxtərəfli platformalarda möhkəmləndirilməsinin vacibliyi qarşılıqlı olaraq bəyan edilib. Çilinin yüksək vəzifəli rəsmiləri ilə həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan normallaşma prosesinin indiki durumu və çağırışları barədə ətraflı və konstruktiv fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycanın mədəni irs obyektlərinin məhv edilməsi və ölkəmizin üzləşdiyi mina problemi diqqətə çatdırılıb. Həmçinin Çilinin minatəmizləmə sahəsində təcrübəsi xatırlanmış, işğaldan azad olunmuş ərazilərimizdə aparılmaqda olan minatəmizləmə işi çərçivəsində təcrübə mübadiləsinin və mümkün əməkdaşlığın həyata keçirilə biləcəyi qeyd olunub.

E.Əmirbəyov, həmçinin Çilinin aparıcı beyin mərkəzlərindən olan Müdafiə Nazirliyi nəzdində Siyasi və Strateji Araşdırmalar Milli Akademiyasının (ANEPE) və Xarici işlər Nazirliyinin "Andres Bello” Diplomatik Akademiyasının rəhbərliyi və elmi işçiləri ilə görüşüb, yerli KİV nümayəndələrinə müsahibə verib.


 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər