AZXEBER.COM xəbər verir ki, aənətçi əvvəlki ənənələrə sadiq qalaraq mətbuat konfransı keçirib.
Media nümayəndələrini bir araya yığan E.Hüseynov klipini nümayiş etdirib və sualları cavablandırıb.
"Dəlixanadan məktub" adlı mahnının sözləri Qismət Məsim, musiqisi Mir Şahin Ağalarova məxsusdur. ismayıllıda çəkilən klipin rejissor işi Xəyal Hüseynə həvalə edilib.
Tədbirin aparıcılığı Kazım Sübhana həvalə edilib.
Aranjiman, mix və masterinq üzərində Teymur Şahmarov çalışıb. Gitaralar və alt yapım Türkiyədə hazırlanıb. Klarnet ifası Orxan Musayev tərəfindən səsləndirilib. Layihənin musiqi rəhbəri isə NIEL Orkestrdir.
Aysel Hacızadə










































