Elçin Mirzəbəyli: ‘O məlum əməlləri ilə Azərbaycan tarixində öz ləkəli yerini artıq tutub’

SİYASƏT
17:33 20.10.2014
1130

Bir sıra cinayətlərdə ittiham olunaraq həbs edilən Leyla Yunus təcridxanadan yazdığı məktublarda adının tarixdən silinməyəcəyini iddia edib.

L.Yunus təcridxanadan həyat yoldaşı Arif  Yunusa ünvanladığı məktublarda ictimaiyyəti qarşısında öz fəaliyyətinə bəraət qazandırmaq, eyni zamanda, beynəlxalq ictimaiyyətdə özü haqqında “mübariz insan haqları müdafiəçisi” obrazı yaratmağa və tanınmış sovet dissidentlərinin dəst-xəttini təkrarlamağa çalışır.

Barəsində həbs-qətimkan tədbiri seçilmiş Leyla Yunusun bu cəhdlərini Gün.Az-a dəyərləndirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli onun tarixdə yalnız “saxta donosçu” kimi qalacağını deyib:

“Bəli, Leyla Yunus və onun fəaliyyəti yaddan çıxmayacaq - çünki o məlum  əməlləri ilə Azərbaycan tarixində öz ləkəli yerini artıq tutub.

Onun həbsxanadan göndərdiyi məktublarda nə yazmasından asılı olmayaraq, Leyla Yunusun bütün fəaliyyətinin Azərbaycana, milli maraqlarımıza qarşı yönəldiyi hər kəsə aydındır. 

Digər tərəfdən, bu adam yazmağı bacarır və ona görə də hansı şəraitdə olursa-olsun, yazır.

Sovet dönəmində hərəkat iştirakçılarından “KQB”yə “donos” yazıb, müstəqillik dövründə isə qulluğunda dayandığı xarici təşkilatlara eyni qaydada “donos” yazmaqdadır. 

Yəni bu şəxs nə deyir-desin, nə yazır-yazsın, onun Azərbaycana düşmən kəsilmiş mahiyyətini hamı bilir. İndiki tarixə baxıb onu xatırlayanlar da bir xəyanətkar kimi onu lənətlə yad edəcəklər”.

 

OXŞAR XƏBƏRLƏR