Elçin Quliyev yenidən ARAF-ın prezidenti seçilib - VİDEO

Elçin Quliyev yenidən ARAF-ın prezidenti seçilib - VİDEO
SİYASƏT
11:18 25.01.2024
302
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev növbəti beş il müddətə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti seçilib.

AZXEBER.COM xəbər verir ki, qurumun 2023-cü ilin idman nəticələrinin yekunlarına həsr olunmuş tədbirində prezident, eləcə də vitse-prezidentlər və İdarə Heyəti üzvləri ilə bağlı seçki keçirilib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və onun müavini Mariana Vasilevanın da iştirak etdiyi 2023-cü ilin yekunlarına həsr olunan tədbirdə əvvəlcə ARAF-ın baş katibi Bəhruz Nəbiyev il ərzində ölkə ərazisində keçirilən tədbirlər, beynəlxalq turnirlərdə iştirak və əldə olunan nailiyyətlər barədə məlumat verib. Federasiyanın fəaliyyət sahələrinə daxil olan hər bir atçılıq idman sahəsi üzrə tədbirlər barədə qısa, hesabat xarakterli videomateriallar təqdim olunub.

Daha sonra il ərzində əldə edilmiş nailiyyətlərə əsasən, xüsusi nominasiyalar üzrə qaliblər elan olunub. Qalibləri Çingiz Hüseynzadə, Fərid Qayıbov və Elçin Quliyev təltif ediblər.

Elçin Quliyev göstərilən etimada görə minnətdarlığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün idman növlərinə, o cümlədən atçılığa göstərdiyi xüsusi diqqət və qayğısı, atçılığın inkişafı, həmçinin gələcək planlar, xüsusilə komandaların sayının artırılması və atçılığın hər bir növünün ayrılıqda inkişaf məsələləri, federasiyanın qarşısında duran məqsədlər və görüləcək işlər haqqında fikirlərini yığıncaq iştirakçılarına çatdırıb. Federasiyanın prezidenti 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına atçılıq üzrə vəsiqə qazanılmasının əsas prioritet məsələ olduğunu bildirib.
Daha sonra çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə federasiyanın yeni seçilmiş rəhbər heyətini təbrik edib və ölkəmizdə atçılığın əhəmiyyətindən, gələcəkdə milli atçılığın növü olan çövkən üzrə beynəlxalq yarışların keçirilməsi imkanlarından danışıb. Atçılığın olimpiya proqramında ən qədim idman növlərindən biri olan dresaj üzrə milli komandanın artıq formalaşmasını yüksək qiymətləndirib.

Gənclər və idman naziri Fərid Qayıbov isə atçılıq idman növünün spesifikliyi, Azərbaycanın bölgələrində də atçılığın inkişafı, yeni zavodların fəaliyyətə başlaması məsələlərinə toxunub. Nazir çıxışının sonunda yeni seçilmiş heyəti təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Elçin Quliyev 2009-cu ildən Azərbaycan Respublikası Atçılıq Federasiyasına rəhbərlik edir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
21:52 29.07.2025
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
21:44 29.07.2025
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”