Elçin Quliyevin müavini məhkəmə önünə çıxarıldı

Elçin Quliyevin müavini məhkəmə önünə çıxarıldı
SOSİAL
16:27 15.05.2020
1787
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə əməliyyatı zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin müavini, general-leytnant Əfqan Nağıyev və onun birgə tutulan digər vəzifəli şəxslər məhkəməyə gətirilib.

Hazırda Binəqədi rayon Məhkəməsində istintaq orqanının həmin şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verdiyi təqdimata baxılır. 

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin digər vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
 
///APA
OXŞAR XƏBƏRLƏR