Elçin Yusubov: İnvestorlar Qarabağa mülkiyyət məsələlərini düşünmədən sərmayə yatırırlar

Elçin Yusubov: İnvestorlar Qarabağa mülkiyyət məsələlərini düşünmədən sərmayə yatırırlar
SOSİAL
11:10 19.05.2026
241
"İnvestorlar mülkiyyət məsələlərini düşünmədən işğaldan azad olunan ərazilərə vəsait yatırırlar”.

AZXEBER.COM xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib. 

O bildirib ki, Qarabağda kifayət qədər vergi və sosial güzəştlər var:
 
 "Eyni zamanda dövlət tərəfindən infrastruktur işləri həyata keçirilir. İş adamlarının oraya cəlb olunması ilə bağlı işlər görülür. İş adamları da ciddi investisiyalar qoyublar. Yaxın vaxtlarda iş yerlərinin açılması nə qədər investorun oraya cəlb olunduğunu göstərəcək. Artıq dövlət kifayət qədər iş görüb, şərait yaradıb, şirkətlər öz seçimini etməlidir”.
OXŞAR XƏBƏRLƏR