Elçindən sosial mesaj: Narkotik vasitələrdən və içkidən uzaq olun!
MAQAZİN
20:16 01.05.2025
335
"İnsanın əhvalının dəyişməsinə ən tez təsir edə bilən vasitə musiqidir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov "Xəzər axşamı" verilişində deyib.
Sənətçi verdiyi sosial mesaj ilə böyük alqış toplayıb:
"Bəzən insan düşdüyü duyğusal boşluqdan çıxmaq üçün pis vərdişlərə baş vurur. Halbuki insanın əhvalının dəyişməsinə ən tez təsir göstərə bilən vasitə musiqidir. Ona görə də narkotik, içki və bu kimi digər pis vərdişlərdən uzaq durmaq lazımdır'.
Müğənninin bu çıxışı verilişdə qonaq olan müğənni İradə İbrahimova və aparıcı Mətanət Əliverdiyeva tərədindən alqışlarla qarşılanıb.