“Eldar Əzizov 1-ci müavin təyin olunmayıb” –Rəsmi açıqlama

“Eldar Əzizov 1-ci müavin təyin olunmayıb” –Rəsmi açıqlama
SİYASƏT
10:21 24.07.2018
6849
Xəbər verdiyimiz kimi, bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirilib.

Xəbərin yayıldığı ilk günlərdə E.Əzizovun başçının I müavini postuna gətirildiyi bildirilirdi.  Amma bu gün BŞİH-in rəsmi saytında E.Əzizov başçının müavini kimi təqdim olunub.

AZXEBER.COM xəbər verir ki, Modern.az dəqiqləşmə aparmaq üçün BŞİH-nin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlayıb.
 
Nailə Məmmədova açıqlamasında bildirib ki, rəsmi saytdakı təqdimat doğrudur: "Eldar Əzizov birinci müavin yox, başçının müavini təyin edilib. O, eyni zamanda başçının səlahiyyətlərini icra edir”.
OXŞAR XƏBƏRLƏR