Eldar Əzizov sürüşmə baş verən əraziyə getdi

Eldar Əzizov sürüşmə baş verən əraziyə getdi
SOSİAL
10:40 25.11.2019
4623
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Bibiheybət qəsəbəsində sürüşmə baş verən əraziyə gedib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, icra başçısı və qurumun bütün xidmət rəhbərləri hadisə yerinə baxış keçirirlər.

Qeyd edək ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində torpaq sürüşməsi baş verib.
OXŞAR XƏBƏRLƏR