Eldar İbrahimov Avroparlamenti sərt tənqid etdi

Eldar İbrahimov Avroparlamenti sərt tənqid etdi
SİYASƏT
11:27 22.06.2013
1563

Avroparlamentin “İlqar Məmmədov məsələsi” adlanan qətnaməsi tam əsassızdır və Azərbaycana qarşı ikili standartlardan xəbər verir.

Bunuaçıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dilə gətirib.Onun sözlərinə görə, həmin qətnamə ilə tanışlıq onu deməyə əsas verir ki, bu sənədi hazırlayan və onun qəbul olunmasına səs verən deputatlar heç İ.Məmmədovun kimliyini və nəyə görə həbs olunmasını dəqiq bilmir, Azərbaycan Respublikasının müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığına dair imzaladığı sənədlərdə üzərinə götürdüyü öhdəliklər və onların yerinə yetirilməsi vəziyyətindən bixəbərdirlər.Millət vəkili ona görə hesab edirəm ki, bu qətnamənin heç bir hüquqi əsası yoxdur və qətnamə ölkəmizə qarşı antiazərbaycan kampaniyası aparan erməni lobbisinin və onların sifarişi ilə oynayan, Avropa dəyərlərindən uzaq bəzi cılız və təsadüfi deputatların qarayaxma və qərəzli mövqeyi üzərində açılmış müzakirənin nəticəsidir.E.İbrahimovun eyni zamanda dediyinə görə, əgər bu gün Azərbaycan Avropaya sürətli inteqrasiya yolunu seçərək inamla irəliləyirsə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verən strateji tərəfdaş ölkə hesab olunursa, o zaman bu tipli qətnamələrin, Azərbaycana qarşı məqbul olmayan bu cür cəhdlərin heç bir effekti olmayacaq:“Eyni zamanda, Azərbaycan bütün bəşəriyyət üçün təhlükə olan terrorizmə qarşı mübarizədə aktiv iştirak edirsə, torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, hüquqi və demokratik bir dövlət qurmaq istiqamətində konkret nəticələr əldə edirsə, cəmiyyətimiz öz tolerantlığını saxlayıb inkişaf etdirirsə və bütün bunları dünyanın əksər dövlətləri və tanınmış beynəlxalq təşkilatları özlərinin rəsmi sənədlərində qəbul edirsə, onda bu qətnamə adi kağız parçasından başqa bir şey deyil.Bununla belə onu qeyd edim ki, bu qətnamə Avropa Parlamentinin adından hazırlanan sənəd hesab edilsə də, ancaq əslində bu, heç də Avropa Parlamenti üzvlərinin çoxluğunun qəbul etdiyi qətnamə kimi qəbul olunmur və qondarma bir sənəd kimi qiymətləndirilir.Ona görə hesab edirəm ki, Avropa Parlamentinin bəzi üzvlərinin ölkəmizə qarşı belə çirkin əməllərinə baxmayaraq, Azərbaycan Respublikası Avropa dövlətləri və onların yaratdıqları nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirəcək, bədxahlarımızın öz niyyətlərinə çatmasına imkan verilməyəcək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
12:32 10.03.2026
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR
12:18 10.03.2026
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR