Eldar İbrahimov: 'Milli Şuraya 90 nəfər yox, heç 9 nəfər də tapa bilməzlər'

Eldar İbrahimov:
SİYASƏT
16:45 13.05.2013
2430

Əgər parlament tipli Milli Şuradan söhbət gedirsə, o zaman əslində onu 5-6 nəfər yarada, təşkil edə bilməz, onu xalq seçməli, formalaşdırmalıdır.

Xalqın özünün isə seçdiyi, mandat verdiyi, taleyini etibar etdiyi, yəni, onu parlamentdə təmsil edən insanlar, qanuni şəkildə formalamış parlament var.Bu fikirləri Gün.Az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dilə gətirib.“Belə olan halda, onlar axı, necə Milli Şura formalaşdıracaqlar? Necə bəyəm, yoxsa, parlament seçkiləri keçirəcəklər, yoxsa, sorğu aparacaqlar? Əgər Eldar Namazovla Rüstəm İbrahimbəyov və digər 2-3 nəfər də buna cəhd etsələr, ora 90 nəfər yox, heç 9 dənə adam tapa bilməzlər, bilməyəcəklər” - deyən millət vəkilinin sözlərinə görə, əslində bu ideyanı ortaya atan və dəstəkləyən insanlar özləri çox ambisiyalı, biri-digərinə heç zaman güzəştə getməyən şəxslərdir:“Onlar o qədər ambisiyalı, iddialı adamlardır ki, heç zaman birləşməyəcəklər, necə ki, indiyə qədər də birləşə bilməyiblər... Ona görə Milli Şura boş xülyadır, hətta, yaradılsa belə, heç bir əhəmiyyəti olmayacaq. Necə ki, İctimai Palata, digərləri fiaskoya uğradı, Milli Şura da eyni aqibəti yaşayacaq...Onlar sadəcə, sensasiya yaratmaq, gündəmdə qalmaq üçün bu məsələni ortaya atıblar. Həm də bu məsələni ortaya atan insanların əsas məqsədi odur ki, onları maliyyələşdirən insanlardan yenə maliyyələrini alsınlar...Guya ki, nəsə iş görürlər...Ancaq nə eldar namazovlar, nə rüstəm ibrahimbəyovlar, nə isa qəmbərlər, nə əli kərimlilər, nə də qeyriləri bununla heç nəyə nail ola bilməyəcəklər. Həmin insanlar nə yaradırlarsa, yaratsınlar, Azərbaycan xalqı onlara dəstək verməyəcək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb