Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı

Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı
SOSİAL
13:08 10.11.2017
2133

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dindirilməsi üçün yenidən Baş Prokurorluğa çağırılıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, E.Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı barədə başlanmış cinayət işi üzrə dindirilməsi üçün istintaqa çağrılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə faktı təstiqləyib.

 

O bildirib ki, E.Mahmudov məlum cinayət işi ilə bağlı yenidən ifadə verməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

OXŞAR XƏBƏRLƏR