Eldar Mahmudovun da dindirilməsi tələb olundu - MTN işində bütün yollar ona çıxır

Eldar Mahmudovun da dindirilməsi tələb olundu - MTN işində bütün yollar ona çıxır
SİYASƏT
12:06 22.02.2017
2664

MTN generalları – nazirliyin Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçmiş rəisi Sübahir Qurbanov və Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş Natəvan Mürvətovanın məhkəməsində hələ ittihamlar araşdırılmır.

Di gəl, elə məhkəmənin hazırlıq iclasındaca keçmiş nazir Eldar Mahmudovun adı hallanıb, onun çağrılıb dindirilməsi tələb edilib.

Adları çəkilən üç general, eləcə də onların tabeliyində işləmiş Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Proses Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

MTN generalı Akif Çovdarov və işçilərinin məhkəməsində olduğu kimi, bu məhkəməyə də jurnalistlər buraxılmadığından, AzadlıqRadiosu məlumatı prosesi birbaşa izləyənlərdən alıb diqqətinizə yetirir.

General müayinə və müalicə istəyir?

Generalların işi üzrə məhkəmənin hazırlıq iclası fevralın 21-də davam edib. Məhkəmədə general Sübahir Qurbanovun vəkilləri onun səhhətində ciddi problemlər olduğunu deyərək, hakimlərdən müvəkkillərinin şəxsi vəsaitiylə dəvət olunan həkimlərin onu müayinə etməsinə şərait yaradılmasını istəyiblər.

Hakimlər dustağın saxlanmasının Penitensiar Xidmətə aid məsələ olduğunu vurğulayaraq, gərəkərsə, tibbi ekspertiza təyin edilə biləcəyini söyləyiblər. Bu səbəbdən vəsatət baxılmamış saxlanılıb.

Sübahir Qurbanovun vəkili Adil İsmayılov cinayət işinin yenidən araşdırılması üçün istintaqa qaytarılması haqda vəsatət qaldırıb. Vəkil bunu istintaq zamanı yol verilmiş çoxsaylı qanun pozuntuları ilə əsaslandırıb. Adil İsmayılovun sözlərinə görə, iş materiallarında eyni müstəntiqin eyni vaxtda iki ayrı-ayrı adamları dindirdiyi görünür. Sübahir Qurbanov həbs olunarkən, evindən götürülmüş qiymətli əşyalar 7 ay sonra depozitə qoyulub. Halbuki qanunvericilik buna cəmi 7 gün nəzərdə tutub.

Həmin vəsatət də təmin olunmayıb.

Ulu babasının evinə də həbs qoyulub?

Polkovnik Füzuli Əliyevin vəkili İlham Əsədov hüquqlarını müdafiə etdiyi şəxsin əmlakı barədə vəsatət qaldıraraq deyib ki, ona heç bir aidiyyəti olmayan əmlaka, hətta ulu babasının evinə də həbs qoyulub. Halbuki qanun cinayət yolu ilə əldə edilmiş, yaxud cinayət predmeti olan əmlakın üzərinə həbs qoyulmasına imkan verir.

Təqsirləndirilən şəxslərdən Fərhad Atayevin vəkili Qəzənfər Rzayev müvəkkilinin haqqında cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırıb. O deyib ki, MTN-də çalışanlar hərbçi statusuna malikdir, ona görə də işlərinə hərbi məhkəmə baxır. Hərbçilərsə rütbəcə özlərindən yüksək vəzifəlilərin əmrlərini yerinə yetirməyə borcludur. Yəni onlar MTN generallarının əməllərinə görə məsuliyyət daşımırlar.

Vəkil eyni zamanda, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun məhkəməyə çağrılıb dindirilməsini istəyib.

Müdafiəçilər təqsirləndirilən şəxslər haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair də vəsatətlər qaldırıblar. Amma bu vəsatətlər təmin olunmayıb.

Hazırlıq iclasında Həbib Həsənovun sədrlik etdiyi hakimlər kollegiyasına etiraz verilsə də, həmin etiraz da baxılmamış saxlanılıb.

Cinayət işi mahiyyəti üzrə araşdırılması üçün məhkəmə baxışına verilib. Məhkəmə fevralın 28-nə təyin olunub.

Xanım general danışmaq istəmir?

Məhkəmə iclası başa çatınca, təqsirləndirilən şəxslərdən həbsdə olmayan general Natəvan Mürvətova binadan çıxarkən jurnalistlərlə qarşılaşıb. Ötən məhkəmə iclasından sonra media nümayəndələrinə "Rədd olun!” deyib, kobudluq edən xanım general bu dəfə o davranışını əsaslandırmağa çalışıb. Deyib ki, jurnalistlər özlərini təqdim eləmədən ona yaxınlaşıb sual veriblər, ona görə əsəbiləşib. Natəvan Mürvətova müsahibə vermək istəmədiyini, haqqında yazılanların da doğru olmadığını bildirərək, çıxıb gedib.

Xatırlatma

Hakim önünə çıxarılan şəxslər mütəşəkkil dəstə yaradıb, 2004-2015-ci illərdə, özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə və başqa əməllərdə suçlanırlar.

«MTN işi» üzrə bütövlükdə 162 nəfər zərərçəkmiş kimi tanınıb. Onların toplam 18 milyon 437 min manatlıq pul və daşınmaz əmlakının ələ keçirildiyi bildirilir.

Cinayət məsuliyyətinə cəlb olunan keçmiş MTN-çilərin 21 milyonluq daşınmaz əmlak, avtomobil və qızıl-zinət əşyalarının üzərinə həbs qoyulub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO