Eldar Mahmudovun əlindəki 2800 seks videoları ələ keçdi - Kimlərin görüntüləri var?

 Eldar Mahmudovun əlindəki 2800 seks videoları ələ keçdi - Kimlərin görüntüləri var?
SOSİAL
08:32 14.12.2016
75380

İlham İsmayıl: "Hakimiyyət üçün 2800 videodan 3-4-ü maraqlıdır, yerdə qalanları elə də əhəmiyyətli deyil”


Dövlət Təhlükəsizliyi Xidmətinin reket jurnalistlərə qarşı keçirdiyi əməliyyatlar maraqlı mənzərəni üzə çıxarıb. Ötən gün son dərəcə sensasion açıqlamalar verən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib ki, həmin jurnalistlər müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər. 

Bu son dərəcə sensasion açıqlamadan bir müddət öncə, daha dəqiqi, bu ilin iyununda MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuata müsahibəsində demişdi ki, Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar toplayıb. Ə.Oruclu bildirmişdi ki, Eldar Mahmudovun qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlər var və konkret rəqəm də açıqlamışdı: 2800 seks video CD-ləri. Yəni  iddia etmək olar ki, bu seks videoları elə E.Mahmudovun əlində saxladığı şantaj materialları da ola bilər.    

Keçmiş MTN polkovniki İlham İsmayıl "Yeni Müsavat”a açıqlamasında deyib ki, şantaj videolarının sırf pul qazanmaq üçün çəkildiyinə şübhə etmir: "Hakimiyyət üçün 2800 videodan 3-4-ü maraqlıdır, yerdə qalanları elə də əhəmiyyətli deyil. Nə olacaq həmin videolarda? Kiminsə uşağı hansısa bir yerdə kef edir, vəssalam. Mümkündür ki, 3-4 videoda yüksək vəzifəli şəxs var və bu kifayət qədər böyük kompromatdır, qalanları isə maraqlı deyil. Dövlət Təhlükəsizliyi Xidməti sədrinin elə açıqlamasından da hiss olunur ki, tutulanlar pul qazanmaq üçün şantajla məşğul olublar. Proses bu məsələlərin açılmağa doğru getdiyini söyləməyə əsas verir. Əllərində həmin videoları saxlayanlar da bilirlər ki, bundan o yana gizli çəkdikləri videolar elə də əhəmiyyət daşımayacaq.  Yəni fərdlərin şantajı maraqlı deyil. Hansısa nazirin oğlunun və ya digər bir yaxınının seks videosunun olması bilinsə nə dəyişəcək ki? Yəni cəmiyyət üçün də belə videoların maraqlı olması uzağı 1 gündür, növbəti gün keçib gedəcək. Əllərində rezonans doğura biləcək 3-4 video ola bilər”.

"Həmin videoların rezonans doğurmasını şərtləndirən hansı məqamlar ola bilər” sualına İ.İsmayıln cavabı belə oldu: "Baxır o videolarda hədəfdə kimdir. Hər kəsin bir çəkisi var. Elə şəxs ola bilər ki, onun siyasi çəkisi var. Elə şəxs də ola bilər ki, nüfuz çəkisi var, cəmiyyətdə tanınır. Bu mənada  belə şəxslərin videoları rezonans doğura bilər. Yoxsa ayrı-ayrı fərdlərin seks videoları kimə maraqlı ola bilər? Ehtimal edirik ki, bu gün Eldar Mahmudov tutulmursa, bəlkə əlində elə videolar var ki, hələ ki onların yayılmasından çəkinirlər. Bu günə qədər Eldar Mahmudov həbs edilməyibsə, çox rahatdırsa, deməli, ortada çəkinəcək bir şeylər var. Bu da bir müddət ola bilər. Sonra nə baş verəcəyini proqnozlaşdırmaq çətindir”.

İ.İsmayıl Eldar Mahmudovun reket mətbuatdan istifadəsinin səbəbinə də aydınlıq gətirdi: "Məqsəd lap əvvəldən kimisə ”verbovat" edib dövlətə işlətmək, dövlətin təhlükəsizliyini təmin etmək olmayıb. Kompromateriallar yalnız və yalnız pul almaq, varlanmaq, rüşvət, korrupsiya əlaqələrini  genişləndirməyə vasitə olub. Reket mətbuatdan "verbovka” üçün yox, yalnız pul qazanmaq üçün istifadə ediblər. Bu videoları çəkən reket jurnalistlər və keçmiş MTN əməkdaşları pul qazanıblar".

İ.İsmayıl deyir ki, reket jurnalistlərin həbsi keçmiş MTN rəhbərliyinin həbsinə yol aça bilər: "Keçmiş MTN işçisi ilə reket jurnalistin xarakterindəki möhkəmlik eyni deyil. Həqiqətən də istintaqa kiməsə çıxmaq lazımdırsa, buna gedəcəklər. İstintaqa maraqlı deyilsə, üstündən keçəcəklər. Özləri üçün biləcəklər, amma maraqlı olmadıqda üstündən keçəcəklər”. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR